Qadin.NET / Xurmalı ürəklər(foto-resept)

Xurmalı ürəklər(foto-resept)

Tərkibi:

    Kərə yağı-250 qr

1 ədəd yumurta(sarısı)

Sirkə-2 x.q.

Qatıq-2 x.q.

Pudra şəkəri-1 stəkan

1 paket qabartma tozu   

 

İçlik:

17-18 ədəd xurma(yumşaq)

Bir fincan süd

Bir x.q. kərəyağı və ya marqarin

Bir çay qaşığı darçın.

 

İçliyin hazırlanması:

 Xurmaların çəyirdəyini çıxardırıq.Bir neçə yerə bölüb süd ilə birlikdə blenderdən keçiririk.

 

Xurmalı ürəklər(foto-resept)


                                Yağ tavaya tökülür və biraz isindikdən sonra blenderdən keçirilmiş xurmanı yağın üzərinə əlavə edilir.1-2 dəqiqə bişirilir.Zövqə görə qoz və darçın əlavə edilərək soyumağa qoyulur.

 

Xurmalı ürəklər(foto-resept)
Xəmirin hazırlanması:
Yağ otaq şəraitində yumşaldılır və şəkər pudrası ilə yaxşıca qarışdırılır.Üzərinə sirkə,yumurta sarısı,qatıq əlavə edilərək qarışdırılır.Un və qabartma tozu əlavə edilərək yumşaq xəmir yoğrulur.
Xurmalı ürəklər(foto-resept)

Xurmalı ürəklər(foto-resept)

Xəmir nazik yayılmasına diqqət edilməlidir.Xəmir nə çox nazik,nə də qalın olmamalıdır.Çünki qabaranda qalın ola bilər.Sonra ürək forması ilə kəsilir.Başqa formalardanda istifadə edilə bilər.
Xurmalı ürəklər(foto-resept)
İki ürək arasına içik qoyulur.Şəkildəki gördüyünüz kimi.
Xurmalı ürəklər(foto-resept)

170 dərəcədə 25-30 dəqiqə evvəlcədən isidilmiş sobada üzəri az miqdarda qızarana qədər bişirilir.
Xurmalı ürəklər(foto-resept)

Üzərinə şəkər pudrası ilə bəzəyirik.
Xurmalı ürəklər(foto-resept)
Nuş olsun!
5 fevral 2013
GO BACK