Tərkibi
Xəmir üçün:
450 qr. un
250 qr. kərə yağı
200 qr. xama
2 ədəd yumurta sarısı
1 ç.q. soda
İçi üçün:
2 st. şəkər tozu
300 qr. qoz
2 ədəd yumurtanın ağı
Hazırlanması:
Əvvəlcə otaq hərarətində yumuşalmış kərə yağı ilə unu bir birinə yedirib umac əldə edirik.
Daha sonra xamaya soda qatırıq,qarışdırıb umacın üzərinə əlavə edirik.Həmçinin yumurta sarılarını da əlavə edib yumşaq xəmir yoğururuq.
Xəmiri 3 eyni kündəyə ayırırıq,ayrı-ayrı sellofanlara büküb 1 saatlıq soyuducuya qoyuruq.
Bu arada içi hazırlayaq.Bunun üçün yumurtanın ağını ağarana qədər mikserlə çalırıq,üzərinə şəkər tozu və iri doğranmış qozu əlavə edib qaşıqla qarışdırırq.
Piroqumuzu bişirəcəyimiz listimizi kərə yağı ilə yağlayırıq.
Soyuducudan kündələrimizi çıxarıb,1-ci kündəni azca unladığımız masanın üzərində listin ölçüsündən bir az böyük yayırıq ki, listin kənarlarını tutsun.Əlimizlə xəmiri listə yapışdırırq.
Üzərinə hazırladığımız için yarısını yayırıq.
Daha sonra digər kündəni listin ölçüsündə yayıb listə yerləşdirirk.Qalan içi üzərinə yayırıq.Sonuncu kündəni də yayıb ən üstə səliqə ilə yerləşdirirk.Kənarlarını bərkidib,üzərinə yumurta sarısı çəkirik.
Romb şəklində kəsirik.Rombların ortasına yarım qoz batırırıq.Və 200 dərəcə sobada üzəri tam qızarana kimi bişiririk.
Piroqumuz hazırdır.