Qadin.NET / "Baunti" şokoladlı keks (foto resept)

"Baunti" şokoladlı keks (foto resept)

 Tərkibi:

    Keks üçün:

4 ədəd yumurta

1 su stəkanı şəkər tozu (keksin özü şirin olacaq, amma çox şirin sevməyənlər şəkər tozunu az tökə bilərlər)

2 su  stəkanı un

Vanil 

Qabartma tozu

    "Baunti" şokoladı üçün:

300 qr ağ kakos

1 ədəd qatılaşdırılmış süd

200 qr adi şokolad


Hazırlanması:

Əvvəlcə dərin qaba yumurtalar qırılır,şəkər tozu,vanil əlavə edilir və ağarana kimi mikserlə çırpılır.

Daha sonra unun yarısını keks qarışığına  əlavə edirik,o biri yarısına qabartma tozu tökürük və onu da qarışığa əlavə edirik.

 

Sonra hazırladığımız kütləni istənilən keks qabına tökürük.Tökməzdən əvvəl keks qabı kərə yağı ilə yaxşıca yağlanır və unlanır.

Keksimizi 150-170 dərəcədə bişiririk.

İndi isə şokoladımızı hazırlayaq.

Əvvəlcə kakosun üzərinə qatılaşdırılmış südün bir hissəsini əlavə edirik.Kakosu qarışdırırıq, əgər kakosun hamısı bir birinə yapışmış şəkildə olarsa südü  tökmürük, əgər kakosun yarısı quru qalıb, yarısı qatılaşdırılmış südlü olubsa, onda yenə əlavə edə bilərik.

Sonra şokoladlarımızı su buxarında əridirik.

Kakosun üzərinə əlavə edirik.

Qarışığı keks hazır olandan sonra edirik .Çünki hazır edib saxlasaq, şokolad dona bilər.Keksimiz hazır olduqdan sonra onu çıxardıb nəm dəsmalın üzərinə qoyuruq ki,qabdan qopması asan olsun.Sonra onu sap vasitəsilə 2 yerə bölürük.

Birinci tərəfinə şokoladlı qarışıqdan çəkirik və ikinci tərəfini üzərinə qoyuruq. Üstünə də şokolad çəkirik.

 

Üzərinə bir az pudra şəkəri səpə bilərsiniz.Şokolad bərkidikdən sonra kəsirik.

Nuş olsun!

3 mart 2013
GO BACK