Qadin.NET / Halqa ponçiklər (foto-resept)

Halqa ponçiklər (foto-resept)

 

 

 Tərkibi:

 3 stəkan un

1 stəkan süd

1 ədəd yumurta

100 qram kərə yağı

5 xörək qaşığı şəkər tozu

1 çay qaşığı maya

Yarım çay qaşığı "Azərduz" yodlu narın xörək duzu

Qızartmaq üçün duru yağ

Üzərinə səpmək üçün şəkər pudrası

 

Hazırlanması:

Un, şəkər tozu, duz, maya qarışdırılır sonra yumşalmış yağ qatılır.

Yumurta və  ilıq süd də əlavə edilir.

 Xəmiri yoğurub ustünü örtüb isti yerdə qoyuruq mayalansın.


 Xəmiri çox nazik etmədən yayırıq, stəkanla və balaca qapaqla kəsirik.
 Kəsdiyimiz halqaları birazda mayalanması üçün üstünü örtüb saxlayırıq.
Ponçiklər qızdırılmış yağda qızaranacan bişirilir.

Halqa ponçiklər hazırdır. 
Nus olsun!
6 fevral 2013
GO BACK