Tərkibi:
2 ədəd yumurta
1 st şəkər tozu
3 st un
1 ç.q soda
1 st qatıq
3-4 x.q qatılaşdırılmış süd
Vanil
2 ç.q kakao
İçlik:
Qoz
Qatılaşdırılmış süd
Hazırlanması:
Yumurta, şəkər tozu,vanil,kişmiş, soda, qatılaşdırılmış süd və qatığı sıra ilə çalırıq.
Alınan qarışığlı iki hissəyə bölürük. Bir hissəsinə kakao qatıb çalırıq.
Qarışığı listə əlavə edirik. Sobada 220 C -də bişiririk.
Bişmiş keksin üst hissəsini kəsib içini çıxarırıq.
Bir qabda keksdən çıxan içliyi ovuruq, üzərinə qatlaşdırılmış süd və qoz əlavə edirik və keksin içinə yığırıq.
Üstünü qapayıb şəkər kirşanı əlavə edirik.
Nuş olsun!