Qadin.NET / Çiyələkli rulet (foto-resept)

Çiyələkli rulet (foto-resept)

Biskvitin tərkibi:
6 yumurta
6 yemək qaşığı şəkər tozu
6 yemək qaşığı un
1 limonun qabığı


Krem:
2 yumurta
2 yemək qaşığı şəkər tozu
2 yemək qaşığı un
100 qr. kərə yağı
Süd
250 ml.
 V
anil bir çimdik
Çiyələk 500 qr.
Bəzək üçün nanə və ya reyhan yarpaqları
.


Yumurta sarısı  ağından ayrılır.

 
 Çiyələkli rulet (foto-resept)


Sarıya  şəkər əlavə edilir.


Çiyələkli rulet (foto-resept)


Sürtgəcin xırda gözündən keçirilmiş limon qabığı əlavə edilir.

 

Çiyələkli rulet (foto-resept)

Köpüklənənə kimi qarışdırılıb un əlavə edilir.

Yumurta ağına bir çimdik duz əlavə edib,çalırıq.


Çiyələkli rulet (foto-resept)


Sonra yaxşı çalınmış yumurta ağı ilə sarısı qarışdırılır və un əlavə edilir.

 

 Çiyələkli rulet (foto-resept)


Soba 180 º C qızdırılır.Hazır kütlə qaşığın köməyi ilə soba qabına yayılır  10 dəq. ərzində bişirilir.

 

Çiyələkli rulet (foto-resept)


Hazır biskvit sobadan çıxardılaraq soyuması üçün kənara qoyulur.

 

 Çiyələkli rulet (foto-resept)


Krem:

 2 yemək qaşığı şəkər, 2 yemək qaşığı un 2 yumurta  qarışıdırilir,süd əlavə edilir.


Çiyələkli rulet (foto-resept)


Bu kütlə ocağın üstünə qoyulur və qatılaşana kimi qarışdırılır.Qatılaşandan sonra ocağın üstündən götürülüb soyumaq üçün bir kənara qoyulur.

 

Çiyələkli rulet (foto-resept)


Soyuduqdan sonra qalan kərə yağı, vanil əlavə edib çalınır.

 

 Çiyələkli rulet (foto-resept)


Bəzək üçün təxminən 20 ədəd  çiyələk götürülür,qalan çiyələklər isə iki yerə bölünərək kremin içinə əlavə edilir qaşığın köməyi ilə yavaş-yavaş qarışdırılır.


Çiyələkli rulet (foto-resept)


Krem hazır biskvitin üzərinə sürtülür burulur.

 

 Çiyələkli rulet (foto-resept)


Çiyələkli rulet (foto-resept)


Qalan krem ruletin üzərinə sürtülür zövqə görə bəzədilir.

 

Çiyələkli rulet (foto-resept)

Çiyələkli rulet hazırdır.

 Nuş olsun!

9 yanvar 2013
GO BACK