Qadin.NET / Qaziantep paxlavası (foto-resept)

Qaziantep paxlavası (foto-resept)

Tərkibi:

1 st. duru yağ

1 st. süd

Yarım st. sirkə

3 ədəd yumurta

Yarım ç.q. soda

1 çimdik narın xörək duzu

Apardığı qədər un

Arası üçün:

400 qr çəkilmiş qoz ləpəsi 

Yaymaq üçün:

Qarğıdalı nişastası

Üzərinə tökmək üçün:

1 stəkandan bir az çox əridilmiş kərə yağı

Şərbəti üçün:

4 st. şəkər tozu

4 st. su

Yarım limon

Üstü üçün:

Yaşıl kokos

 Hazırlanması:

Ərzaqları qarışdırıb yumşaq xəmir yoğururuq və yarım saat bir kənara qoyuruq. Xəmiri 4 hissəyə bölürük, bölünən hər hissəni də 10 kündəyə bölüb 40 kündə edirik. Qoz ləpəsini blendrdən keçiririk.

1 kündəyə nişasta tökürük və boşqab boyda yayırıq, 10 kündəni də bolluca nişasta ilə bu qaydada yayırıq.

 

Yayıb üst-üstə qoyuruq və böyük formada yayıb, listə qoyub, üzərinə ləpənin 1/3 hissəsini tökürük. Digər kündələri də bu formada edib arasına ləpə tökmək lazımdır. 

 

Sonuncu kündəni bu formada edib üzərinə qoyuruq və bu formada ya da istənilən formada kəsirik. Üzərinə ərinmiş kərə yağı töküb 200 dərəcəli sobada bişiririk.

Şərbəti də yarım saat vam odda qaynadırıq. Şərbəti isti-isti soyuq paxlavanın üzərinə tökürük və paxlavanın ortasına yaşıl kokos səpirik.

Qaziantep paxlavamız hazırdır.

Nuş olsun!

17 mart 2018
GO BACK