Tərkibi:
250 ml süd
100 qr yağ
2 ədəd yumurta
100 qr şəkər tozu
600-700 qr un
1 ç/q maya
Bir paket vanel
Bir çimdik "Azərduz" yodlu narın xörək duzu
İçlik:
300-400 qr kəsmik
100 qr şəkər tozu
100-150 qr kişmiş
1 ədəd yumurta
Bir paket vanel
Bir çimdik "Azərduz" yodlu narın xörək duzu
Üzərinə çəkməyə:
1 ədəd yumurta
2-3 x/q süd
Hazırlanması:
Əvvəlcə kişmişi yuyub quruduruq.
Apara hazırlamaq üçün dərin bir qaba süd, maya,1 x/q şəkər tozu əlavə edib qarışdırırıq.
1 st un əlavə edib qarışdırırıq və isti yerə qoyuruq.
Əridilmiş yağa yumurta, şəkər tozu,vanel,duz əlavə edib qarışdırırıq.
Hazır qarışığı aparaya əlavə edib qarışdırırıq.
Un əlavə edib xəmir yoğururuq.
Hazır xəmiri gəlməyə qoyuruq.
Kəsmiyə vanel,duz,şəkər tozu,yumurta, kişmiş əlavə edib yaxşı qarışdırırıq. Əgər kəsmik sulu olarsa, un və ya manna əlavə etmək olar.
Xəmiri kiçik kündələrə ayırıb dincəlməyə qoyuruq.
Un səpərək kündəni yayıb şəkildə gördüyünüz kimi 3 hissəyə kəsirik.
Ortasına içlik qoyub şəkildə gördüyünüz kimi birləşdiririk.
Yumurta sarısına süd əlavə edib qarışdırırıq.
Bulkaları listə yığıb yumurta çəkirik. 180 dərəcədə hazır olana qədər bişiririk.
Kəsmikli içlikli gül bulkalarımız hazırdır.