Qadin.NET / Alma piroqu

Alma piroqu

Əziz xanımlar bildiyimiz kimi birazdan meyvəlırin bol vaxtıdı.Xüsusən də almanın.Hazırladıgım bu piroq çox asan və dadlıdı.Hazırlasanız peşman olmazsınız.

Piroq üçün aşağıdakı ərzaqlar lazımdır:

 

                                              2,5 stəkan un

                                              1 stəkan şəkər tozu

                                              200 qram marqarin yağı

                                              3 yumurta

                                              vanil,kabartma tozu

                                              3-4 ədəd orta ölçülü alma

Alma piroqu



 

Zövqə görə almaları turş və ya şirin götürə bilərsiniz.

 

Əvvəlcə un,şəkər tozunun yarısını,yağı və yumurtaların yalnız sarısını götürüb yoğurmağa başlayırıq,vanil və kabartma tozunu da əlavə edirik.

 

Alma piroqu

 

Alma piroqu





Alınmış xəmirdən orta böyüklükdə kündə ayırıb soyuducuya qoyuruq.

Alma piroqu

Qalan xəmiri piroqu bişirəcəyimiz qabın içinə yayırıq

Alma piroqu

 

 

Üzərinə qabığını soyub dilimlədiyimiz almaları düzürük.Dilimləri nazik kəsmək lazımdır

Alma piroqu

 

 

Yumurtaların ağından və şəkər tozunun yarısından bize hazırlayırıq

Alma piroqu

 

Bizeni almaların üstünə yayırıq.

Alma piroqu

 

 Souducuya qoyduğumuz kündəni piroqun üzərinə sürtgəcdən keçirə-keçirə yayırıq.

 

Alma piroqu

180 dərəcədə 30-35 dəqiqə bişiririk.

Piroqumuz hazırdı.Soyuduqdan sonra kəsib servis edirik.Nuş olsun!

 

Alma piroqu
11 sentyabr 2010
GO BACK