Qadin.NET / "Gül çələngi" piroqu (foto resept)

"Gül çələngi" piroqu (foto resept)

Tərkibi:

4 stəkan un

2 ədəd yumurta

100 qram yumşalmış yağ

1 stəkan süd

3 xörək qaşığı şəkər tozu

0,5 çay qaşığı maya,duz

 

İçlik üçün:

1 stəkan şəkər tozu

1 stəkan qoz ləpəsi

1 ədəd yumurta

Vanil  

Hazırlanması:

Xəmir üçün lazım olan ərzaqları unun üzərinə töküb (südü qızdırırıq) yumşaq xəmir yoğururuq.

"Gül çələngi" piroqu (foto resept)

"Gül çələngi" piroqu (foto resept)

Xəmiri  mayalanmağa qoyuruq. Bu müddətdə qozu çəkib şəkər və yumurtayla qarışdırırıq.

"Gül çələngi" piroqu (foto resept)

"Gül çələngi" piroqu (foto resept)

Xəmir acıyandan sonra onu ehtiyatla 30-40 santimetrlik düzbucaqlı formasında yayırıq. Hazırladığımız içliyi səliqəylə xəmirin üzərinə yaxırıq.

"Gül çələngi" piroqu (foto resept)

Rulet formasında büküb 3 santimetrdən bir kəsirik. 

"Gül çələngi" piroqu (foto resept)

Doğradığımız xəmirləri  bişirəcəyimiz tavaya dik formada düzürük.

Üzərinə sarıkök qatılmış süd vurub, bişməsi üçün 200 dərəcədə qızdırılmış sobaya qoyuruq.

"Gül çələngi" piroqu (foto resept)

Bişəndən sonra ehtiyatla tavanın qıraqların açıb çıxarırıq.

"Gül çələngi" piroqu (foto resept)

"Gül çələngi" piroqu (foto resept)

Nuş olsun!

27 may 2013
GO BACK