Qadin.NET / Kəsmikli-ananaslı piroq (foto resept)

Kəsmikli-ananaslı piroq (foto resept)

 Tərkibi:

Kəsmik - 600 qr

Şəkər tozu - 6 x.q.

Yumurta - 2 ədəd

Xama - 2 x.q.

Banan - 1 böyük və ya 2 balaca

Mannı - 6 x.q.

Qabartma tozu - 2 ç.q.

Konservləşdirilmiş ananas

listi yağlamaq üçün duru yağ.

Hazırlanması:

Kəsmiyi çəngəl vasitəsi ilə əzib, şəkər tozu ilə qarışdırırıq.

Yumurtanı əlavə edib qarışdırırıq.
Xamanı əlavə edib qarışdırırıq.
Bananı kub şəklində doğrayıb əlavə edirik.
Mannını əlavə edib qarışdırırıq.
Qabartma tozunu əlavə edib yaxşıca qarışdırırq.
Listi yağlayıb qarışığı listə əlavə edirik.
Ananası qarışığın üzərinə bu şəkildə düzürük.
        180 dərəcədə 40 dəqiqə bişiririk.

Nuş olsun.    
(tərcümə edilib)
28 mart 2013
GO BACK