Tərkibi
500 qr.un
2 ədəd yumurta
1 st.süd
250 qr ( yumşalmış kərə yağı)
3 x.q.şəkər
1 ç.q.droj
Vanil
Qabartma
İçinə
Ləpə ilə qarışdırılmış şəkər
Ağ kişmiş
Qara kişmiş
Ərinmiş kərə yağı
Üzərinə
yumurta sarısı
Hazırlanması:
Xəmiri yoğurmaq və mayalanmağa qoyuruq.
Xəmiri 2 hissəyə bölürük.
Xəmiri 1 sm qalınlığında yayırıq.
Arasına ərinmiş kərə yağı sürtürük.
Üzərinə qarışılmış ləpə və şəkəri bol-bol səpirik.
Onun üzərindən də kişmiş tökürük . Birinə qara, digərinə ağ kişmiş.
Rulet kimi büküb qıraqların bağlamayırıq.
1 saat dincəlməyə qoyuruq.
Sonra üzərini qırağını 100 dəfə qıyığla deşirik və yumurta sarısı vururuq.
180 dərəcə qızdırılmış sobada bişiririk.
Tam soyuduqdan sonram rulet kimi kəsirik.
Ruletimiz hazırdır.
Nuş olsun!