Qadin.NET / "Xərçəng" bulkalar (foto-resept)

"Xərçəng" bulkalar (foto-resept)

Tərkibi:

2 ədəd yumurta
2 stəkan süd

150 qr. yağ

1 stəkan şəkər tozu

 1 çay qaşığı quru maya, 
Azca Azərduz yodlu narın xörək duzu, vanil

Aparacağı qədər un.

 

İçlik üçün: 

4 xörək qaşığı yağ

1 stəkan şəkər tozu

2 stəkan un.

Hazırlanması:

Əvvəlcə südü isidib, yağı, şəkər tozunu süddə əridirik.

 

İlıq südə bir az sarıkök, bir çay qaşığı quru maya töküb yaxşı-yaxşı qarışdırırıq.

 

Bir az un götürüb 2 yumurtanı vururuq, sonra südü tökərək yumuşaq xəmir yoğururuq.

 

 

 

Xəmir gələnə qədər içlik hazırlayırıq.  4 qaşıq yağı bir qabda qızdırıb üzərinə şəkər tozu əlavə edib qarışdıraraq əridirik.

 

 

 

Şəkər tozu əridikdən sonra yerə qoyub unu əlavə edərək qarışdırırıq.

 

 

 

Alınmış kütləni uç hissəyə ayırırıq.

 

 

Xəmiri 3-4 hissəyə ayırırıq. Amma kündələr neçə hissəyə ayrılırsa, içlik də o sayda ayrılmalıdır.

 

 

Kündəni yayırıq.

 

 

Yuxanı 8 hissəyə bölüb, uçlikləri bu qayda ilə yerləşdiririk.

 


Birinci xəmiri burub basdırırıq.


 

Sonra bururuq.

 

 

Bulkaları formaya salıb uc hissələrini bir az kəsirik.

 

 

Üzərinə yumurta sarısı çəkirik.

Yumurta sarısını bir çay qaşığı duru yağla qarışdırsanız bulkalar daha da parlaq görünər.

 

Bulkalarımız hazırdır.

 

Nuş olsun!


 

27 sentyabr 2012
GO BACK