Qadin.NET / "Şahzadə" şirniyyatı (foto-resept)

"Şahzadə" şirniyyatı (foto-resept)

Tərkibi:

 250 qr.sana yağı

1 armudu st.şəkər tozu
2 ədəd yumurta
1 st.manna yarması
Qabartma tozu
Vanil
Aparana qədər un

Şərbəti:
2 st.şəkər tozu
2 st.su

Üzərinə:
Qoz 
Xaş-xaş

Hazırlanması:
Xəmiri üçün lazım olan ərzaqları qarışdırıb xəmir yoğururuq

Sonra xəmiri yumurlayıb hər bir tərəfini xaş-xaşa bulayırıq. 

Onun üzərinə də yarım qoz qoyuruq.
Əvvəlcədən qızdırılmış 180 dərəcəlik sobada bişiririk.
Suyla şəkəri qatıb şərbət hazırlayırıq.
Şirniyyat bişdikdən sonra üzərinə şərbət tökürük.
Mən bir azına da küncüt səpdim. Şirniyyat şərbəti özünə çəkməlidir.
Nuş olsun!

1 avqust 2012
GO BACK