Qadin.NET / Kəsmikli xəmirdən burma (foto-resept)

Kəsmikli xəmirdən burma (foto-resept)

Xəmirin tərkibi:

150 qr yağ

2,5-3 st un

300 qr kəsmik

 4 x.q xama (10-20%)

0,5 st şəkər tozu

2 x.q vanilli şəkər

0,5 ç.q soda

 İçlik:

3 ədəd armud

6-7 ədəd ərik qurusu

0,5 st şəkər tozu

20 ml limon şirəsi

Üzəri üçün:

Pudra şəkəri

Hazırlanması:

Bərk yağ sürtkəcdən keçirilir.

Unla soda qarışdırılıb yağla ovulur.

Başqa qabda kəsmik, xama, şəkər tozu, vanilli şəkər çalınır və ya blenderdən keçirilir.

 Qarışığı unla birlikdə qarışdırıb xəmir halına gətiririk. Üstünə sellofan çəkib

30 dəq otaq şəraitində saxlayırıq (içliyi hazırlayana qədər).

  Armud təmizlənib xırda kub şəklində doğranılır. Limon şirəsi, şəkər tozu əlavə 

edib qarışdırılır. Zəif odda bişməyə qoyulur.

  Qaynara düşəndə ərik qurusu xırda kub şəklində doğranılıb, əlavə edilib qarışdırılır.

Şirəyə düşəndə götürülür.

Xəmir dörd yerə bölünür.

 Un səpilib 3-4 mm dairə yayılır, 8 hissəyə bölünür.

Hər hissəyə içlik qoyulub şəkildə gördüyünüz kimi burulur.

Listə yığılıb bişirilir. 

 

 

Kəsmikli burmalar hazırdır.

 

Nuş olsun! 

                                                              (Tərcümə edilib) 

27 iyul 2012
GO BACK