Tərkibi:
1 kq un
500 qr yumşalmış "Möcüzə" paket yağı
4 yumurta
2 xörək qaşığı şəkər tozu
0,5 çay qaşığı duz
0,5 çay qaşığı maya
1,5 stəkan süd
İçlik üçün:
1 kq qabığı təmizlənmiş fındıq ləpəsi
1 kq şəkər tozu
10 qr üyüdülmüş hil
Hazırlanması:
Ərzaqları töküb aldığı qədər ilıq süd əlavə edib xəmir yoğururuq.
Qabığı təmizlənmiş fındıq ləpəsini ləpəçəkən maşından keçirərək şəkər tozuyla qarışdırıb üyüdülmüş hil əlavə edirik. Xəmir 30 dəqiqə acıdıqdan sonra 30 sm diaqonallı 0,5 sm qalınlıqda xəmir yayıb arzuolunan fincanın ağzı ilə kəsib eyni ölçülü yuxalar alırıq.
Yuxanın ortasına 1 qaşıq içlik töküb ehtiyatla xəmirin qıraqların üst-üstə qoyub yarışdıraraq bükürük.
Qırağı bükülmüş şəkərburaları 15 dəqiqə soyuq otaqda saxladıqdan sonra naxışlayaraq üstünü qızartmamaq şərtilə 10-15 dəqıqə 200 dərəcədə bişiririk.Şəkərburalar şişməsin deyə iynə ilə onu 2-3 yerdən deşmək lazımdır.
Nuş olsun!