Qadin.NET / Ləzgi paxlavası (foto resept)

Ləzgi paxlavası (foto resept)

Lazım olan ərzaqlar

5 ədəd yumurta

1 st.qatıq

1 ədəd sana yağı

1 ədəd vanil

1 ədəd qabartma tozu

3 st. şəkər tozu

2 st. qoz

Lazımi qədər un (bir az yumşaq olmalıdır)


Hazırlanması

İlk əvvəl 5 yumurtanın ağı ilə sarısını ayırırıq, sonra ağını mikserlə çalıb beze halına gətiririk.

 

Sonra qozu, şəkər tozunu və vanili bezeyə əlavə edirik

 

 
 
Qarışdırıb kənarda gözlədirik.
Unu, qabartma tozunu, yumurtanın sarısını və sana yağını qatıb xəmir yoğururuq.

 

 
 
1-ci kündəni yayıb formaya yerləşdiririk və hazırladığımız için yarısını açılmış kündənin üzərinə yayırıq. 

 
Eyni qayda ilə 2-ci kündəni yayıb 1-ci layın üzərinə yerləşdiririk və qalan içliyi də yayırıq, sonra 3-cü kündəni yayıb ən üstə yerləşdiririk. Kəsib, üzərinə yumurta çəkib sobaya yerləşdiririk.

 
Artıq paxlavamız hazırdır.

 
Nuş olsunsmile

 

16 fevral 2012
GO BACK