Qadin.NET / "Şarlotta" (foto-resept)

"Şarlotta" (foto-resept)

Tərkibi:
5 ədəd alma
Darçın 

4 ədəd yumurta
1 stəkan şəkər tozu

1 stəkan un
Vanilin

Şəkər kirşanı (pudrası)
Hazırlanması:
Əvvəlcə almaları soyun. Sonra hər almanı nazik dilimlərə bölün.
Formanın dibini və kənarlarını yağlayın. Əvvəlcə darçın səpin. Sonra alma dilimlərini formaya düzün.


İri qabda yumurta və şəkəri kütlənin rəngi açıq sarı olana qədər mikserlə qarışdırın. Nə qədər çox çalsanız piroqunuz bir o qədər yaxşı şişər. İçinə vanilin və un əlavə edib, bir az da qarışdırın.
Alınan kütləni almaların üzərinə tökün. Qarışdırmayın!


Sobanı 180 C-dək qızdırın. Piroqu 1 saat ərzində üstü qızaranadək bişirin.
Piroq öz formasında bir qədər soyuduqdan sonra, onu formadan çıxardın. Piroqu isti və ya soyuq halda yemək olar.
Nuş olsun!

3 yanvar 2021
GO BACK