Tərkibi:
4 yumurta
1 st. şəkər tozu
0.5 st qatıq
0.5 st. yağ
1 paket vanil
2 st. un
1 paket qabardıcı
1 ədəd limon qabığı
Sousu üçün:
1 limon suyu
2 x.q. pudra şəkəri
Hazırlanması:
Yumurta,şəkər və vanili ağarana kimi çalırıq.
Qatıqla yağı da əlavə edib qarışdırırıq.
Unu da əlavə edib qarışdırırıq.
Daha sonra qabardıcı və limon qabığını əlavə edib taxta qaşıqla qarışdırırıq.
Listi yağlayıb unlayırıq və hazırladığımız məhlulu töküb 180 dərəcə qızdırılmış sobaya qoyub 35-40 dəqiqə bişiririk.
Bu arada limon suyuna pudra şəkəri əlavə edib qarışdırırıq.
Keksi sobadan çıxaran kimi üzərinə hazırladığımız sousu tökürük.
Və keksimiz hazırdır.Nuş olsun.