Qadin.NET / "Qarabağ kətəsi" (foto-resept)

"Qarabağ kətəsi" (foto-resept)

 Tərkibi:
Xəmir üçün:
- 3 ədəd yumurta
- 0,5 stəkan şəkər tozu
- 11 qr (1 paket vanil)
- 150 qr yumşaldılmış kərə yağı
- 800 qr un
Opara üçün:
- 1 stəkan un
- 10 qr (1 paket) quru maya
- 1 stəkan isti süd
- 1 xörək qaşığı şəkər tozu
- çimdik duz

İçlik üçün:
- 300 qr dondurulmuş kərə yağı
- 1,5 stəkan şəkər kirşanı
- 11 qr (1 paket )vanil
- apardığı qədər un
Arasına çəkmək üçün: əridilmiş kərə yağı
Üzərinə çəkmək üçün: yumurta sarısı
Hazırlanması:
Oparanı hazırlamaq üçün un, maya, isti süd, şəkər tozu və duzu bir qabda qarışdırın. Mayalanması üçün 15 dəqiqəlik isti yerə qoyun.
Başqa bir qabda yumurtanı şəkər tozuyla mikserlə çırpın. Üzərinə kərə yağı və vanil töküb yaxşıca qarışdırın. Üzərinə mayalanmış oparanı da töküb qarışdırın. Unu da tədricən tökərək yumşaq xəmir yoğurun. Xəmiri isti yerə 1 saatlıq acımağa qoyun.
İçlik üçün donmuş kərə yağını rəndələyib üzərinə şəkər kirşanı, vanil və apardığı qədər un töküb ovun. İçliyi 45 dəqiqəlik soyuducuya yerləşdirin.


Xəmiri 5 yerə bölün. Unlanmış dəzgaha kündəni yayın və əridillmiş yağla yağlayın. İçliyi soyuducudan çıxarın və 5 hissəyə ayırın. İçliyin birinci hissəsini yaydığınız xəmirin üzərinə yayın və kənarlarını orta hissəsinə gətirərək bükün. Kətəni unlu dəzgaha çevirin yüngülcə oxlovla yayın. Kənarlarına dairəvi və ya kvadrat forma verərək yayın. Üzərinə yumurta sarısı çəkib çəngəllə şəkil verib bir neçə yerindən deşin.
Əvvəlcədən 160 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. Eyni qayda ilə qalan kündələri də yayıb içliklə doldurub bişirin.
Nuş olsun!

9 noyabr 2020
GO BACK