Qadin.NET / "Süd çörək" (foto-resept)

"Süd çörək" (foto-resept)

Tərkibi:
- 1 ədəd yumurta
- 2,5 stəkan süd
- 200 qr əridilmiş kərə yağı
- 1 çay qaşığı quru maya
- 1 stəkan şəkər tozu
- vanilin
- 1 çay qaşığı sarıkök
- 7 stəkan un

Hazırlanma qaydası:
İlk öncə 1 stəkan ilıq südə maya, 1 çimdik duz, 1 xörək qaşığı şəkər tozu əlavə edib mayalanması üçün isti yerə qoyun.
Qalan südü də isidib bir qaba tökün.
Üzərinə əridilib soyudulmuş kərə yağı, yumurta, şəkər tozu və sarıkök əlavə edib qarışdırın. Ələnmiş unu az-az əlavə edib yumşaq xəmir yoğurun. Xəmirin üstünü örtüb 1 saat isti yerdə saxlayın. Daha sonra xəmiri yenidən yoğurub yenə 1 saat yaxşı acıması üçün gözlədin.


Vaxt tamam olduqda xəmirdən kündələr qoparın. Kündələri siniyə əllə yayıb, üzərinə çəngəllə naxışlar çəkin. Üzərinə otaq temperaturunda olan yumurta sarısı çəkib əvvəlcədən 200 dərəcə qızdırılmış sobada qızaranadək bişirin.
Nuş olsun!

3 noyabr 2020
GO BACK