Qadin.NET / Darçınlı alma ruleti (foto-resept)

Darçınlı alma ruleti (foto-resept)

Tərkibi:
- 4 ədəd yumurta
- 130 qr un
- 130 qr şəkər tozu + 2 xörək qaşığı içlik üçün
- 600 qr alma
- 1 çay qaşığı darçın
- şəkər kirşanı

Hazırlanması:
Almanı yuyun, soyun və sürtgəcin kiçik gözündən keçirin. Almadan çıxmış şirəni süzün (şirə bizə lazım olmayacaq). Şəkər tozu, darçın əlavə edin, yaxşı qarışdırın. Alma çox şirindirsə, şəkər tozunu əlavə etmək lazım deyil. Yumurtanı 4-5 dəqiqə ərzində yaxşı çalın. Yumurtanı çala-çala şəkər tozunu tökün və bir neçə dəqidə ərzində çalmağa davam edin. Unu ələyin və yumurtalı-şəkərli kütləyə töküb, qaşıqla yavaş-yavaş qarışdırın. Tavaya xüsusi kağız sərin, içliyi qoyun və ehtuyatla hamarlayın.


Üzərinə ehtiyatla xəmiri tökün. Sobanı əvvəlcədən 180 C qədər qızdırın və ruleti isti sobada təxminən 15-20 dəqiqə ərzində bişirin.
Xəmir qızarmağa başlayanda sobadan çıxardın. Ruleti tavadan təmiz süfrəyə qoyun (bunun üçün tavanı süfrəyə çevirmək lazımdır), kağızı ehtiyatla çıxardın və dərhal rulet formasında bükün. Soyuyandan sonra ruletin uclarını kəsin ki, səliqəli görünsün və üzərinə şəkər kirşanı səpin.
Nuş olsun!

30 oktyabr 2020
GO BACK