Məktəbli övladlarınızın tənəffüslərdə yeməsi üçün çantalarına qoya biləcəyiniz çox dadlı bulka reseptini sizinlə bölüşürük.
Beləliklə, bulkanı hazırlamaq üçün lazım olan məhsullar :
maya - 1 xörək qaşığı
un - 4 st
şəkər tozu - yarım stəkan
süd - 1 stəkan
yağ - 50 qr
duz - yarım çay qaşığı
yumurta - 2 ədəd
Hazırlanması
İlk növbədə südü bir qədər ilıq edib içinə mayanı əlavə edib kənara qoyuruq. Daha sora unu ələkdən keçirib, içərisinə şəkər tozu və duzu əlavə edib qarışdırırıq. Unu içinə 1 ədəd yumurta və 2 - ci yumurtanın ağını ( sarısını üzəri üçün saxlayın ) əlavə edirik.
Daha sonra ilıq südə əridilmiş yağı da əlavə edirik. Sonra isə mayalı, yağlı və südlü qarışımı unun üzərinə əlavə edib xəmiri yoğurmağa başlayırıq. Əgər xəmir ələ yapışırsa bir qədər un əlavə etmək olar. Yumşaq xəmir alınmalıdır.
Xəmir hazır olduqdan sonra üzərini örtüb 2 saatlıq dincəlməyə qoyuruq. Sonra isə xəmirdən müxtəlif formalı fiqurlar yaxud da kürəciklər düzəldin. Üzərinə yumurta sarısı çəkib 200 - 220 dərəcədə qızdırılmış sobaya qoyun.