Tərkibi:
8-9 ədəd təzə əncir
3 ədəd yumurta
1 st şəkər tozu
1 st süd
1 st duru yağ
yarım st doğranmış qoz
1 paket qabartma tozu
1 paket şəkərli vanilin
1 ç/q darçın
2,5 st un
Hazırlanması:
Yumurtanı və şəkəri, şəkər tamamilə əriyib qarışıb qabarana qədər çırpın.
Çırpdığınız yumurtalara süd və duru yağ əlavə edərək çırpmağa davam edin.
Unu, darçın, qabartma tozu və vanilin əlavə edərək qarışdırın. Son olaraq qozları əlavə edin və qarışdırın.
Qaba yağlı kağız sərin, əncirləri 3 hissəyə bölüb kağızın üstünə düzün. Keks xəmirini qaba tökün.
Əvvəlcədən isidilmiş 180 dərəcə sobada təxminən 40-45 dəqiqə bişirin.
Bişən keksinin ilıqlaşdıqdan sonra servis qabına çevirin.