Tərkibi:
3 ədəd yumurta
1 st şəkər tozu
1 st duru yağ
1 st qatıq
2 ç/q qabartma tozu
1 paket vanilin
2 st un
3 y/q fındıq əzməsi
kakaolu xəmir üçün 2 y/q kakao + 4 y/q süd
Hazırlanması:
Yumurta və şəkər tozunu köpük-köpük olana qədər çırpın.
Qatıq, duru yağ və fındıq əzməsini qabaran yumurtalara əlavə edin və qarışdırmağa davam edin.
Un, qabartma tozunu və vanilini əlavə edərək tamamilə qarışana qədər çırpın.
Keks qəlibini yağlayın, unlayın və daha unu silkələyin.
Keks qarışımının üçdə ikisini qəlibə tökün, kənara qoyduğunuz xəmirə kakao və südü əlavə edərək çırpın.
Kakaolu xəmirin sadə xəmirin üstünə tökün.
Çay qaşığı ilə altdan yuxarı doğru qarışdırın.
Keksin üstünə istəyə görə fındıq səpin.
180 dərəcə əvvəlcədən isitdiyiniz sobada 30 dəqiqə bişirin.
Çöplə yoxlayın, quru çıxarsa sobadan çıxarın.
Yarım saat qədər gözləyin. Otaq istiliyinə gələn keksi qəlibdən çıxarın və dilimləyərək servis edin.