Qadin.NET / Əncirli tart (foto-resept)

Əncirli tart (foto-resept)

Tərkibi:

4 ədəd milföy (xəmir)

4-5 ədəd təzə qara əncir

2-3 y/q qəhvəyi şəkər

Badam kremi üçün:

1 st badam tozu (üyüdülmüş badam)

4 y/q toz şəkər

2 yumurtanın ağı

Xəmirin qırağı üçün:

yumurta sarısı

Hazırlanması:

Xəmiri soyuducudan çıxarın və yağlı kağızın üstünə qoyun. Xəmirin kənarlarına 1 sm qalacaq formada şəkildəki kimi cızın və çəngəllə dəlin.

Xəmir yumşalarkən, krem üçün bütün ərzaqları qabın içində tamamilə qarışana qədər çırpın.

Xəmirin ortalarına kremi bölüşdürün və qaşıqla yayın.

Dilimlədiyiniz əncirləri kremin üstünə düzün, şəkər tozu və darçın tozu səpin.

Xəmirlərin qıraqlarına yumurta sarısı çəkin və 175 dərəcə əvvəlcədən isitdiyiniz sobada 25 dəqiqə bişirin.

Bişən xəmirləri otaq istiliyinə gələndə listdən götürün və servis edin.

12 sentyabr 2020
GO BACK