Qadin.NET / Yulaflı bananlı biskuvit (foto-resept

Yulaflı bananlı biskuvit (foto-resept

Tərkibi:

2 st yulaf unu (yulaf əzməsini blenderdən keçirərən hazırlaya bilərsiniz)

1 st banan (çəngəllə əzilmiş)

2 y/q fıstıq əzməsi

3 y/q xam kakao

2 y/q xurma cemi

Hazırlanması:

Yulaf əzməsini blenderdən keçirin və 2 st yulaf unu əldə edin.

Blenderdəki yulafa bananları, kakaonu, fıstıq əzməsini və xurma cemini əlavə edib yenidən blenderdən keçirin.

Hazırladığınız qarışımı blenderdən çıxarın, əlinizlə parçalar qopararaq yumrulayın.

Yağlı kağız sərdiyiniz soba listinə 2 smlik aralıqlarla düzün. İstəyə görə üstlərinə 1 ədəd badam qoyaraq basdırın.

Əvvəlcədən isitdiyiniz 170 dərəcə sobada 10-12 dəqiqə bişirin. İlıq və ya soyuq servis edin.

23 avqust 2020
GO BACK