Qadin.NET / Əncirli keks (foto-resept)

Əncirli keks (foto-resept)

Tərkibi:

3 yumurta

1,5 st şəkər

yarım st duru yağ

3 qaşıq qatıq

2 qaşıq kakao

1 ç/q darçın

1 paket qabartma tozu

un

10 ədəd quru və ya təzə əncir

Hazırlanması:

Quru əncir istifadə edəcəksinizsə, əvvəlcə əncirləri ilıq suda saxlayın. Daha sonra əncirləri kiçik parçalar halında doğrayın.

Əncir xaric bütün ərzaqları çırpın və sıyıq xəmir əldə edin.

Əncirləri xəfif unlayaraq keks xəmirinə qatın və keks qəlibinə tökün.

Əvvəlcədən isidilmiş 180 dərəcə sobada keksi bişirin.

Əncir parçaları ilə bəzəyərək servis edin.

18 avqust 2020
GO BACK