Tərkibi:
4 ədəd yumurta
1,5 st şəkər tozu
1 st duru yağ
1 st süd
yarım st fındıq
4 y/q kakao
1 paket qabartma tozu
1 paket vanilin
2,5 st un
Hazırlanması:
Yumurtaları şəkərlə krem kimi olana qədər çırpın.
Südü və duru yağı əlavə edərək qarışdırın.
Un, qabartma tozu, vanilin və kakaonu əlavə edin, qarışdırın.
Sonda fındıqları əlavə edərək qarışdırın. Keks qarışımını fırça ilə yağlanmış keks qəlibinə tökün.
180 dərəcə əvvəlcədən isidilmiş sobada 40 dəqiqə (çöp quru çıxana qədər) bişirin.
Bişən keksi sobadan çıxarın və soyumağa qoyun. Otaq istiliyinə gələndə keksi dilimləyərək servis edin.