Qadin.NET / Ürək keksi (foto-resept)

Ürək keksi (foto-resept)

Tərkibi:

3 ədəd yumurta

1 st şəkər tozu

1 st duru yağ

3 st keks unu 

1 st qatıq

3-4 damla rom aroması

1 st damla şokolad

Hazırlanması:

Şəkər və yumurtanı çırpma qabına qoyun, qarışım ağ olanda ( şəkər tam əriyənə qədər) mikserlə aşağı, sonra yüksək dərəcədə çırpın.

Çırpdığınız yumurtalara qatıq və duru yağ əlavə edərək çırpmağa davam edin

Rom aromasını əlavə edərək axıcı xəmir əldə edənə qədər qarışdırın.

Kek qəlibini yağlayın və unlayın, daha sonra xəmiri qəlibə tökün. Son olaraq damla şokoladları üstünə səpin

Əvvəlcədən isidilmiş 180 dərəcə sobada təxminən 30 dəqiqə bişirin. Sobadan almadan əvvəl ortasının bişib-bişmədiyini yoxlayın, bişməyibsə 5 dəqiqə daha bişirin.

Bişən keksləri otaq istiliyinə gələndə qəlibdən çıxarın.

10 avqust 2020
GO BACK