Lazımi ərzaqlar:
4 ədəd yumurta
2 su stəkanı şəkər tozu
1 su stəkanı soyuq çay (dəmli)
1 su stəkanı ərinmiş marqarin
3 su stəkanı un
1 xörək qaşığı darçın
1 paket qabartma tozu
3 xörək qaşığı kakao
Yarım su stəkanı iri doğranmış fındıq
Hazırlanması:
Əvvəlcə yumurta və şəkər tozunu mikserlə çalırıq.
1 su stəkanı çayı töküb qarışdırırıq. Sonra marqarini əlavə edib,
yenə qarışdırırıq.
Digər tərəfdə ələnmiş unu, darçını, qabartma tozunu, kakaonu və fındığı
bir yerdə qarışdırırıq.
Yağlanmış və un səpilmiş keks qabına töküb, 170 dərəcəli sobada təxminən 40 dəq. bişiririk.
Bir az soyuduqdan sonra şəkər pudrası və ya şokolad qlazuru ilə bəzəyə bilərik.
Nuş olsun!
P.S. Sobaya görə bişmə vaxtı dəyişir.