Qadin.NET / Ananaslı keks (foto-resept)

Ananaslı keks (foto-resept)

Tərkibi:

3 yumurta

1 su st toz şəkər

yarım su st duru yağ

1 su st süd

2,5 su st un

1 su stəkanından 1 barmaq az hindistan qoz

1 paket xəmir qabartma tozu

1 ədəd ananas

Hazırlanması:

Dilimlədiyiniz ananasdan 5 parça ayırın, 1 su stəkanı dolduracaq qədər kub-kub doğrayın.

3 yumurtanı 1 su stəkanı şəkər ilə qar kimi olana qədər çırpın.

Qabaran yumurtaların içinə 1 su stəkanı süd və yarım su stəkanı duru yağ əlavə edərək çırpmağa davam edin.

İçinə hindistan qozu və unu əlavə edərək qarışdırmağa davam edin. Sonda qabartma tozu və kub-kub doğradığınız ananasları əlavə edərək 1 dəqiqə daha qarışdırın.

Keks qəlibini yağlayın, keks xəmirini qəlibə tökün. Üstünə dilimlədiyiniz 5 parça ananası qoyaraq 180 dərəcə əvvəlcədən isidilmiş sobada 30 dəqiqə qədər bişirin.

20 iyul 2020
GO BACK