Qadin.NET / Kakaolu şirniyyat (foto-resept)

Kakaolu şirniyyat (foto-resept)

Tərkibi:

xəmir üçün

1 orta boy yumurta

1 çay st kərə yağı

1 çay st toz şəkər

1 paket qabartma tozu

2 çay st un

yarım çay st kakao

üstü üçün

fıstıq

istəyə görə fındıq

Hazırlanması:

Kərə yağını, unu, kakaonu, toz şəkərini və qabartma tozunu qaba əlavə edib qarışdırın. Yumurta əlavə edərək yoğurun.

Xəmirdən qoz böyüklüyündə parçalar qoparıb əlinizə kündələyin.

17-18 ədəd bisküvit əldə etdikdən sonra fıstığa batıraraq  3-4 sm aralıqla soba listinə düzün.

180 dərəcə əvvəlcədən isidilmiş sobada 12 dəqiqə bişirin.

Sobadan çıxardıqdan sonra yumşaq olan bisküvitlər soyuyana qədər gözləyin və servis edin.

12 iyul 2020
GO BACK