Qadin.NET / Əncirli keks (foto-resept)

Əncirli keks (foto-resept)

Tərkibi:

4 ədəd yumurta 

1 su st toz şəkər

3/4 st qatıq

3/4 su st duru yağı

2 y/q kakao

1 paket qabartma tozu

1 paket şəkərli vanil 

3 su st un

7-8 ədəd təzə əncir (sərt)

Hazırlanması:

Əncirləri yuyun, kub-kub doğrayaraq kasaya əlavə edin. Şəkər və yumurta çırpma qabına qoyun, şəkər tam əriyənə qədər mikserlə çırpın.

Çırpdığınız yumurtalara qatıq və duru yağ əlavə edərək çırpmağa davam edin. 

Unu, kakaonu və vanili əlavə edərək axan xəmir əldə edənə qədər qarışdırın.

Ən son qabartma tozunu əlavə edin və 1 dəqiqə daha qarışdırın.

Doğradığınız əncirləri keks qarışımına əlavə edin və qaşıqla yaxşıca qarışdırın.

Kek qəlibini yağlayın və xəmiri qəlibə tökün. Əvvəlcədən isidilmiş 180 dərəcə sobada təxminən 35-40 dəqiqə bişirin.

Bişən kek tamamilə soyuduqdan sonra qəlibdən çıxarın və dilimləyərək servis edin.

8 iyul 2020
GO BACK