Qadin.NET / Damla şokoladlı keks (foto-resept)

Damla şokoladlı keks (foto-resept)

Tərkibi:

3 ədəd yumurta

3/4 su st qəhvəyi şəkər

3/4 su st duru yağ

3/4 su st qatıq

2,5 su st un 

3 damla vanil və ya acı badam aroması

1 paket qabartma tozu

1 su st damla şokolad

Hazırlanması:

Şəkər və yumurtanl çırpın, qarışım köpük-köpük olub (şəkər tamamilə əriyənə qədər) əvvəl aşağı sürətdə sonra yüksək sürətdə çırpın.

Qabaran yumurtalara qatıq və duru yağı əlavə edərək çırpmağa davam edin.

Un və vanili axıcı xəmir əldə edənə qədər qarışdırın. 

Ən axırda qabartma tozunu və damla şokoladları əlavə edərək 1 dəqiqə daha qarışdırın.

Xəmiri muffin qəliblərinə yerləşdirin.

Əvvəlcədən isidilmiş 180 dərəcə sobada təxminən 30 dəqiqə bişirin. Bişib-bişmədiyini çöplə yoxlayın. (çöp yaş çıxarsa, bir neçə dəqiqə daha bişirin).

20 iyun 2020
GO BACK