Qadin.NET / "Blondie Brownie" (foto-resept)

"Blondie Brownie" (foto-resept)


Tərkibi:

1 su st kərə yağı 155 qram
1 su st ağ şokolad 90 qram
1 su st un 115 qram
2 ədəd yumurta
1 su st toz şəkər 180 qram
1 su st qara tut 120 qram

Hazırlanması:
Kərə yağını əridin və şəkəri əlavə edərək 5-6 dəqiqə şəkər əriməyə başlayana qədər qarışdırın.
Yumurtaları tək-tək əlavə edərək qarışdırmağa davam edin.
Əritdiyiniz şokaladı da qarışıma əlavə edin və qarışdırın. Sonda unu əlavə edin və qarışdırın.
Xəmir yaxşı qarışdıqda kiçik dördbucaq soba listinə yağlı kağız sərin.

Xəmir qarışımını qəlibə tökün, tutları keks xəmirin üstünə düzün.
Əvvəlcədən isidilmiş 180 dərəcə sobada təxminən 20 dəqiqə bişirin, sobanın istiliyini 150 dərəcəyə salıb 10 dəqiqə daha bişirin.
Sobadan çıxan keksi otaq istiliyinə gələndə dilimləyin və servis edin.

6 iyun 2020
GO BACK