Qadin.NET / Gilaslı keks (foto-resept)

Gilaslı keks (foto-resept)


Tərkibi:

3 ədəd yumurta
3/4 st qatıq
yarım su st duru yağ
1 su st toz şəkər
1 paket vanilin
1 paket qabartma tozu
4 y/q kakao
1,5 su st çəyirdəkləri çıxarılmış gilas
2,5 su st un

Hazırlanması:
Yumurta və şəkəri, şəkər tamamilə əriyənə və qarışım ağappaq olanaq qədər çırpın.
Qatıq, duru yağ və vanilini əlavə edib qarışana qədər qarışdırın. Ələnmiş un, kakao və qabartma tozunu əlavə edin.
Una batırdığınız gilasları xəfif qarışdırın.
Servis qabına yerləşdirin və əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada 30 dəqiqə bişirin.


1 iyun 2020
GO BACK