Tərkibi:
3 ədəd yumurta
1 su st toz şəkər
1 su st duru yağ
1 su st süd
2 paket qabartma tozu
2 su st un
2 y/q kakao
Hazırlanması:
Yumurtaları və şəkəri köpük-köpük olana qədər çırpın.
Südü və duru yağı əlavə edərək qarışdırımağa davam edin.
Un və qabartma tozunu əlavə edin və tamamilə qarışana qədər qarışdırın.
Keks xəmirini iki qaba bölün və 1 qaba kakao əlavə edərək qarışdırın.
Yağladığınız keks qəlibinə sadə keks xəmirini tökün, üstünə kakao ilə qarışdırdığınız keks xəmirini tökün.
Əvvəlcədən isitdiyiniz 180 dərəcə sobada təxminən 40 dəqiqə bişirin.
Soyuyanda qəlibdən çıxarın və dilimləyərək servis edin.