Tərkibi:
3 ədəd yumurta
1 su st toz şəkər
1 su st qatıq
yarım su st duru yağ
2,5 su st un
1 paket vanilin
1 ç/q vanilya ekstrakt və ya 1 ədəd vanilya çubuğu
1 paket qabartma tozu
Hazırlanması:
Şəkər və yumurtanı çırpma qabına qoyun, şəkər tam əriyib ağarana qədər çırpın.
Qatıq və duru yağ əlavə edərək çırpmağa davam edin.
Un, qabartma duzu, vanilin və vanilya ektratını əlavə edərək axıcı xəmir əldə edənə qədər çırpın.
Keks qəlibini fırça ilə duru yağ batıraraq yağlayın və xəmiri keks qəlibinə boşaldın.
Əvvəlcədən isidilmiş 180 dərəcə sobada təxminən 20-25 dəqiqə bişirin. Bişib-bişmədiyini çöplə yoxlayın.
Keks soyuduqda qəlibdən çıxarıb dilimləyin.