Tərkibi:
250 qram kərə yağı və ya marqarin
2 y/q süd
1 y/q nescafe və ya toz isti şokolad
2 ədəd yumurta
1 su st toz şəkər
1 paket qabartma tozu
kifayət qədər un
1 su st döyülmüş fındıq
Hazırlanması:
Süd və nescafe qarışdırılır.
Yumurtaların sarılarını və ağlarını ayırın. Sarıları, şəkər, yağ və qabartma tozu ilə qarışdırın.
İçinə un əlavə edərək yumşaqlıq gələnə qədər yoğurun.
Qoz böyüklüyündə parçalar qopardaraq top forması verin.
Daha sonra top formasında verdiyiniz bisküvitləri yumurta ağına və fındığa bulayın, yağlı kağız sərilmiş listə düzün.
180 dərəcə əvvəlcədən isidilmiş sobada qızarana qədər bişirin.