Qadin.NET / Xurmalı, bananlı şirniyyat (foto-resept)

Xurmalı, bananlı şirniyyat (foto-resept)


Tərkibi:
1 ədəd orta boy banan
1 ədəd orta boy yumurta
5 ədəd kiçik boy xurma
1 çay st yulaf əzməsi 
1 su st tam buğda unu
1 ç/q darçın
1 ç/q qabartma tozu
1 y/q bal
3 y/q kərə yağı

Hazırlanması:
Bananı dərin kasada əzin. Otaq istiliyində kərə yağını əlavə edin, əzərək qarışdırın.
1 yumurtanı əlavə edin və çəngəllə qarışdırın, kiçik doğradığınız xurmaları əlavə edin.
Darçın və balı əlavə edərək qarışdırın.
Yulaf əzməsini, buğda ununu və qabartma tozunu əlavə edərək çəngəllə qarışdırın.
Dondurma qaşığı və ya yemək qaşığı ilə 4-5 sm aralıqlarla yağlı kağız sərdiyiniz soba listinə yerləşdirin.

200 dərəcədə 10 dəqiqə bişirin. Soba istiliyini 150 dərəcəyə salaraq 5 dəqiqə daha bişirin.
Bişən şirniyyatları sobadan çıxarın və soyuduqdan sonra servis edin.
22 may 2020
GO BACK