Qadin.NET / Badamlı, çiyələkli keks (foto-resept)

Badamlı, çiyələkli keks (foto-resept)

Tərkibi:
150 qram kərə yağı (otaq istiliyində/yumşaq)
1 su st toz şəkər
2 st un
1 su st badam unu
2 ədəd yumurta
yarım su st süd
1 ədəd qabartma tozu
250 qram çiyələk
2-3 y/q file badam (incə-incə dilimlənmiş badam)

Hazırlanması:
Çiyələkləri böyüklüyünə görə 2-4 hissəyə bölün və qırağa qoyun.
Kərə yağı və toz şəkəri krem kimi olanaq qədər mikserlə çırpın.
1 yumurtanı əlavə edib çırpın, 1-2 yemək qaşığı un əlavə edərək çırpdıqdan sonra 2 yumurta da əlavə edərək çırpmağa davam edin.
Un, qabartma tozu, badam ununu və südü əlavə edərək çırpın.
Çiyələklərin yarısını əlavə edərək qarışdırın. 20 smlik keks qəlibini kərə yağı ilə yağlayın.
Keks qarışımını qəlibə yayın və spatula köməyi ilə üstünü düzəldin.
Qalan çiyələkləri keks qarışımının üstünə yerləşdirin. Badamları da səpin.

180 dərəcə əvvəlcədən isitdiyiniz sobada 15 dəqiqə bişirin, sobanın istiliyini 160 dərəcəyə salın və 45 dəqiqə bişirin.
45 dəqiqə sonunda bıçaq və ya çöp şiş köməyi ilə keksin quru olub olmadığına baxın. Duru deyilsə, keksi sobadan çıxarın.
1 saat soyuduqdan sonra qəlibdən çıxarıb dilimləyin.
18 may 2020
GO BACK