Qadin.NET / Limonlu keks (foto resept)

Limonlu keks (foto resept)

Tərkibi:
200 qr. kərə yağı (otaq temperaturunda)
200 qr.şəkər tozu
200 qr. un
3 ədəd yumurta
1 ədəd limonun qabığı
1.x.q. nişasta
2 ç.q. qabartma tozu 
Vanil

Hazırlanması:
İlk öncə yumşalmış yağla şəkər tozunu çəngəl yardımı ilə qarışdırırıq.



Sonra yumurtanı əlavə edib yenə də çəngəllə yaxşıca qarışdırırıq.




Daha sonra bir ədəd limonun rəndədən keçirilmiş qabığını əlavə edib qarışdırırıq.



Sonra unu, qabartma tozunu, nişastanı, vanili ələkdən keçirdib əlavə edirik və qarışdırırıq.




Bişirəcəyimiz qabı yağlayırıq (Evdə hansı qabınız varsa, ondan istifadə edə bilərsiniz).



Alınan kütləni qaba tökürük.



Öncədən isidilmiş sobada 180 dərəcədə 35-40 dəqiqə bişiririk.


Budur artıq limonlu keksimiz hazırdı.




Nuş olsun!!!
17 dekabr 2011
GO BACK