Qadin.NET / Xurmalı keks (foto-resept)

Xurmalı keks (foto-resept)

 

Tərkibi:

3 yumurta

1 su st toz şəkər

1 su st süd

1 çay st zeytun yağı

1 paket qabartma tozu

1 paket vanilya

yarım su st təmizlənmiş qoz

1 su st doğranmış xurma

1 ç/q darçın

2 ç/q kakao

2,5 su st un

 

Hazırlanması:

Yumurta və şəkəri qaba əlavə edin, bütün şəkər əriyənə qədər çırpın.

İçinə süd və duru yağ əlavə edərək çırpmağa davam edin.

Un, qabartma tozu və vanilya ilə birlikdə ələyin.

Xəmir hazır olanda darçın və kakao əlavə edin, bütün qarışdırma prossesi bitəndə qoz və xurma qatın, taxta qaşıqla qarışdırın.

Keks qəlibini duru yağ ilə yağlanır və keks qarışımını içinə tökülür. 180 dərəcə əvvəlcədən isidilmiş sobada təxminən 20-25 dəqiqə bişirin. İçinin bişib-bişmədiyini anlamaq üçün çöplə yoxlayın.

Xurmalı keks (foto-resept)

 

 

9 may 2020
GO BACK