Qadin.NET / Fındıqlı keks (foto-resept)

Fındıqlı keks (foto-resept)

 

Tərkibi:

3 ədəd yumurta

1 su st toz şəkər

1 çay st duru yağ

yarım su st süd

1,5 çay st fındıq

2 y/q kakao

1 paket qabartma tozu

1 paket şəkərli vanilin

2,5 su st un

 

Fındıqlı keks (foto-resept)

 

Hazırlanması:

Yumurtaları şəkərlə ağarıb krem kimi olana qədər çırpın. Duru yağ və süd əlavə edərək qarışdırın.

Un, qabartma tozu, vanilin və kakaonu ələkdən keçirdikdən sonra əlavə edin, qarışdırın.

Sonda fındıqları əlavə edərək qarışdırın. Keks qarışımını fırça ilə yağlanmış keks qabına tökün.

175 dərəcə əvvəlcədən isidilmiş sobada 25-30 dəqiqə bişirin.

 

Fındıqlı keks (foto-resept)

 

7 may 2020
GO BACK