Tərkibi:
3 ədəd yumurta
1 su st toz şəkər
125 qram otaq istiliyində marqarin
2,5 su st un
1 su st tünd dəmlənmiş çay
1 paket vanil
1 paket qabartma tozu
1 ç/q darçın
4 ç/q kakao
yarım su st şam fıstığı
Hazırlanması
Şəkər və yumurtanı çırpma qabına qoyun, qarışım ağappaq olanda mikserlə çırpın. (şəkər tamamilə əriynə qədər)
Çırpdığınız yumurtalara çay və otaq istiliyindəki marqarini əlavə edərək çırpmağa davam edin.
Un, darçın, kakao və 1 paket vanil əlavə edərək axıcı xəmir əldə edənə qədər qarışdırın.
Ən son qabartma tozunu əlavə edin və şam fıstığı əlavə edərək 1 dəqiqə qarışdırın.
Kek qəlibini yağlayın və xəmiri qəlibə tökün. Əvvəlcədən isidilmiş 180 dərəcə sobada təxminən 50 dəqiqə bişirin.
Sobadan götürmədən əvvəl bişib-bişmədiyini yoxlayın, bişməyibsə 5 dəqiqə daha bişirin.
Soyuduqdan sonra qəlibdən çıxarın və dilimləyərək servis edin.