Tərkibi:
2 ədəd orta boy alma (sürtgəcdən keçirilmiş)
1 su st duru yağ
2,5 -3 su st un
3 yumurta (otaq istiliyində)
1 su st qatıq
1 apket qabartma tozu
1 paket vanil
1 ç/q darçın
1 çay st fındıq
1 su st toz şəkər
üstü üçün 1 ədəd alma (incə dilimlənmiş)
Hazırlanması:
Dərin qabda yumurta və şəkəri köpük-köpük olana qədər çırpın. Duru yağ və qatığı əlavə edib biraz daha qarışdırın.
Un qabartma tozu, vanil və darçını əlavə edərək, digər ərzaqları da üstünə əlavə edin və qarışdırın.
Ən son sürtgəcdən keçirilmış alma və fındıq qırıntılarını xəmirə əlavə edin və qarışdırın. Bir fırça köməyi ilə xəfif yağladığınız muffin kağızlarına qaşıqla xəmiri paylaşdırın.
Muffinlərin üstünə dilimlədiyiniz almadan parçalar qoyaraq 180 dərəcə əvvəlcədən isidilmiş sobada üstü qızarana qədər bişirin.