Tərkibi:
125 qram marqarin və ya kərə yağı
1 su st toz şəkər
3 ədəd yumurta
2 y/q qatıq (təpələmə)
3 y/q kakao
1 su st un
3 y/q damla şokolad
2 ç/q qabartma tozu
1 paket vanilin
üstü üçün:
fındıq əzməsi
arası üçün:
çəkilə bilən şokolad
Hazırlanması:
Otaq istiliyində yumşaq marqarin və ya kərə yağını mikser qabına əlavə edin.
Toz şəkəri əlavə edin və şəkər əriyib yağ krem kimi olana qədər çırpın.
Yumurtaları tək-tək əlavə edərək çırpmağa davam edin. Hamısı qarışanda qatığı əlavə edin və qarışana qədər çırpın.
Un, kakao, qabartma tozu əlavə edərək çırpın. Son olaraq şokoladı əlavə edin və qarışdırın.
Kek qəlibini marqarin və kərə yağı ilə yağlayın. Kek qarışımını qəlibə tökün.
180 dərəcə əvvəlcədən isidilmiş sobada 25 dəqiqə bişirin. Sobanın istiliyini 150 dərəcəyə qoyun və 25 dəqiqə keksin içi quru çıxana qədər bişirin.
Bişən keksi sobadan çıxarın və tamamilə soyuduqda qəlibdən çıxarın.
Keksi eninə iki hissəyə bölün və arasına bol şokolad çəkin.
Son olaraq keksin üstünə fındıq əzməsi çəkin və istəyə görə şokolad parçaları səpin. Dilimləyərək servis edin.