Tərkibi:
Xəmir üçün:
2 st süd,
3 y/q şəkər,
2 ç/q maya,
3 ədəd yumurta,
150 qr yağ,
yarım st duru yağ,
2 y/q xama,
1 çimdik duz,
un (apardığı qədər)
Arası üçün:
əridilmiş yağ
İç üçün:
400 qr badam,
350 qr şəkər tozu,
hil, vanil
Hazırlanması:
Əvvəlcə südü ilıq olana kimi qızdırıb, şəkər və mayanı həll edin və 5 dəqiqə saxlayın. Daha sonra yağ, yumurta, südlü maya və xəmirə gedəcək qalan ərzaqları əlavə edib, yumuşaq xəmir yoğurun. Xəmiri acıması üçün isti yerdə 1-2 saat saxlayın.
Bu müddət ərzində içliyi hazırlaya bilərsiniz. İçlik üçün badam ləpəsini çəkərək üzərinə şəkər tozu və hil əlavə edib, qarışdırın.
Acımış xəmirdən yumurtadan 2 dəfə böyük ölçüdə 16 ədəd kündə tuturuq və 10 dəqiqə gözlədirik. Kündələri 8-8 olmaqla iki dəfəyə bişirin.
Daha sonra kündələri sıra ilə yayın, aralarına yağ çəkərək üst-üstə yığın. 2 barmaq enində lentlər kəsin. Hər lenti rulet kimi büküb, 5 dəqiqə gözləyin. Sonra əlimizlə kündəni dairəvi formada açın. İçliyi yerləşdirib ağzını bükün. Soba qabına düzüb, 160-180 dərəcə istilikli sobada üzərini çox qızartmamaq şərti ilə bişirin. Son olaraq üzərinə şəkər pudrası səpin.
Nuş olsun!