Qadin.NET / Fıstıqlı bisküvit (foto-resept)

Fıstıqlı bisküvit (foto-resept)

 

Tərkibi:

2 paket bitter şokolad (160 qram)

yarım su st kərə yağı (75 qram)

1 ədəd kiçik boy yumurta 

yarım su st toz şəkər

1,5 su st un

1-2 damla vanil

yarım paket qabartma tozu

fıstıq əzməsi

 

Hazırlanması:

Şokoladı əridin və otaq istiliyində kərə yağı ilə qarışdırın. 10 dəqiqəyə qədər arada qarışdıraraq otaq istiliyinə gətirin.

Yumurta və toz şəkəri, şəkər əriyənə qədər çırpın. Şokoladlı qarışımı içinə əlavə edərək qarışdırın.

Qabartma tozu, vanil və unu əlavə edərək spatula ilə qarışdırın.

Bisküvit xəmirini qaşıq və ya dondurma qaşığı ilə yağlı kağız sərili listə 4-5 sm aralıqlarla porsiyalara bölün.


Ortalarına çay qaşığı ilə çuxur açın və fıstıq əzməsi tökün.


170 dərəcə əvvəlcədən isidilmiş sobada 15 dəqiqə sobaya qoyun.

Otaq istiliyinə gələndə listdən ayırın və servis edin.

Fıstıqlı bisküvit (foto-resept)

1 mart 2020
GO BACK